Öz evində qohumunu öldürdü -

oz-evinde-qohumunu-oldurdu-
Oxunma sayı: 817


“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, hadisə avqustun 10-da Şahlar Mürşüdovun evində baş verib. Ş.Mürşüdov münaqişə zəminində Ağsu rayon sakini, qohumu İlkin Novruzova bıçaqla xəsarət yetirib. Bundan sonra Ş.Mürşüdov “Mercedes” markalı avtomobildə hadisə yerini tərk edib. 

Xəstəxanaya yerləşdirilən İ.Novruzov orada ölüb. Ş.Mürşüdov Baş Dövlət Yol Polisi İdarəsinin Qaradağ rayonu ərazisindəki stasionar postunda saxlanılıb və Rayon Polis Şöbəsinə təhvil verilib. 

Murad Əhməd

“Qafqazinfo”