“Öz fənnini yaxşı bilməyən müəllimdən məktəb direktoru olmaz”

oz-fennini-yaxsi-bilmeyen-muellimden-mekteb-direktoru-olmaz
Oxunma sayı: 1725

“Sovet dövründən təhsil idarəetmə qurumlarına həmişə yaxşı müəllimləri cəlb ediblər. Mən hesab edirəm ki, öz fənnini yaxşı bilməyən müəllimdən məktəb direktoru olmaz. Təhsilin idarəedilməsi müəyyən qədər pedaqogika ilə əlaqəli olsa da, həm də iqtisadiyyatla bağlıdır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev AzTV-də yayımlanan “Hədəf” verilişində bildirib.

Təhsil siyasətinin idarəedilməsi ilə bağlı danışan nazir qeyd edib ki, yaxın illərdə bu sahədə mütəxəssislərin sayı artacaq: “Mənə hər gün gələn suallar təhsildə gündəlik baş verənlər, hansısa şagirdin dərsdən qaçması, müəllimin ictimai iaşə yerində rəqs etməsi və digər məsələlərlə bağlıdır. Lakin təhsilin idarəedilməsi peşədir. Hazırda Corc Vaşinqton Universitetinin təqdim etdiyi kurikulum təhsil siyasətininin idarə edilməsinə yönəlmiş şəxsləri yetirməklə bağlıdır. Bu il artıq ADPU ilə Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramını ilk məzunlar bitiriblər. Yaxın illərdə belə mütəxəssislərin sayı artacaq”.

Gülnar Əliyeva