Öz “Patriot”unu Ukraynaya verəcək

oz-patriotunu-ukraynaya-verecek
Oxunma sayı: 2878

Rumıniya sahib olduğu ABŞ istehsalı “Patriot” hava hücumundan müdafiə sistemini Ukraynaya verəcək.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Rumıniyanın Ali Müdafiə Şurası bu barədə qərarı təsdiq edib. 

Bildirilir ki, sözügedən qərar Ukraynada təhlükəsizliklə bağlı vəziyyətin əhəmiyyətli dərəcədə pisləşməsi nəzərə alınaraq verilib. 

Qeyd edək ki, “Defense Romania”nın məlumatına görə, hazırda Rumıniya 4 ədəd “Patriot” sisteminə sahibdir. Onlardan ikisi istifadə üçün hazırdır.