Bu barədə qurumun sədri Elşad Eyvazlı məlumat verib.
O, qeyd edib ki, ümumilikdə sorğu iştirakçılarının 40 faizi ANS TV-ni “İlin telekanalı” kimi xarakterizə ediblər.
Respondentlərin 15 faizi isə AzTV, İTV, “Xəzər” TV və ATV-nin adını çəkiblər.
Yerdə qalanlar Azərbaycanda “İlin telekanalı” adına layiq belə bir teleklanalın olmadığını söyləyiblər.
Sorğuda iştirak edənlərin 46 faizi “İlin xəbər agentliyi” kimi müsbət rəylərini APA -ya veriblər. 42 faiz Trend İA, 12 faiz isə AzərTAC-ı seçib.
“İlin qəzeti” nominasiyasının qalibi “Yeni Müsavat” qəzeti olub. Belə ki, rəy soruşulanların 48 faizi bu qəzetə üstünlük veriblər. Ondan sonrakı yerləri isə “Yeni Azərbaycan”, “Zerkalo”, “Azərbaycan” və “Azadlıq”qəzetləri 18, 17, 11, 6 faizlə qazanıblar.
Radioya isə Azərbaycanda elə də çox qulaq asan yoxdur. Rəyi soruşulanların cavabından bu qənaətə gəlmək olar. Respondentlərin 70 faizi radioya az halda qulaq asdıqların deyiblər.
30 faiz isə İctimai Radionu “İlin radiosu” kimi dəyərləndirib.
“İlin saytı” nominasiyasının qalibi “Modern.az” olub.
Rəyi soruşulanların 68 faizi bu saytı seçiblər.
“Qafqazinfo.az”, “Day.az” 18 və 14 faizlə sonrakı yerlərdə qərarlaşıblar.
“İlin televiziya jurnalisti” adını Mirşahin Ağayev qazanıb.
O, rəyi soruşulanların 57 fazinini müsbət rəyini qazanıb.
AzTV-nin “Səhər” verilişinin aparıcısı Natəvan Osmanlı, İTV-nin keçmiş aparıcısı Cəsarət Valehov, ATV-nin “Səni axtarıram” verilişinin aparacısı Xoşqədəm hidayətqızı, ANS-in əməkdaşı Ləman Ələşrəfqızı respondetlərin 17, 13, 8, 5 faizinin səsini qazanıblar.
“İlin qəzet jurnalisti” nominasiyasını 48 faizlə “Yeni Müsavat” qəzetinin əməkdaşı Sevinc Telmanqızı qazanıb.
Rəyi soruşulanların 23 faizi “Yeni Müsavat”qəzetinin əməkdaşı Elşad Paşasoy, 20 faizi “Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı, 9 faizi “Kaspi” qəzetinin əmıkdaşı İlham Quliyevin üzərində dayanıblar.
“İlin internet jurnalisti” adını isə rəyi soruşulanların 32 fazi “Mediaforum.az” saytının əməkdaşı İmdad Əlizadəyə veriblər.
Modern.az saytının əməkdaşı Aytən Əliyeva, Publika.az saytının əməkdaşı Vasif Həsənli, Femida.az-ın əməkdaşı
Pərvin Abbasov, Aznyus.az saytının əməkdaşı Ramil Məmmədli 28, 16, 14, 10 faizlə sonrakı yerləri tutublar.
Qeyd edək ki, modern.az-ın rəhbəri Elşad Eyvazlı, həm də sorğunu keçirən Parlament Jurnalistləri Birliyinin sədridir.
Son xəbərlər
Son Xəbərlər