Özan Akbaba Bakıya gəlir - “ANKA” FİLMİNİN TƏQDİMATINA

Özan Akbaba Bakıya gəlir
Oxunma sayı: 1900

Fevralın 3-ü “Park Cinema Flame Towers” saat 19:00-da kinoteatrında “Anka” filminin xüsusi nümayişi keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, nümayişdə filmin baş qəhrəmanının rolunu oynayan Ozan Akbaba və digər aktyorlar da iştirak edəcək.

Filmin qala gecəsinə biletləri parkcinema.az və iticket.az saytlarından əldə etmək olar. Öz süjeti və dinamikası ilə “Türk forsajı” ləqəbini qazanan bu film Azərbaycanda ancaq “Park Cinema” kinoteatrlar şəbəkəsində yayımlanacaq.

Filmin süjetinə görə, baş qəhrəman Murat hələ uşaq ikən yol qəzasında ailəsini itirib. O gündən bəri həyata tutunmaq istəməyən Muratın həyatında ən böyük dayağı yaxın dostu Tarık, sevdiyi qadın Zümrüt və onu böyüdən Ejderdir. Lakin işini itirmək və pulsuz qalmaq onu bədbinliyə sürükləyir. Muratın həyatını davam etdirmək üçün qəza günü tam yaşaması lazım olduğuna inanan Ejder qəzaya düşən maşını Murata göstərir və onu bu halda görmək istəmədiyini deyərək qərar verməsini istəyir.

Baş verənlərdən sonra bir müddət yoxa çıxan Murat qayıtdıqdan sonra həyatına yenidən başlamaq üçün hərəkətə keçir. Filmin rejissoru Türkiyənin ən perspektivli rejissorlarından biri olan Süleyman Mert Özdemirdir, prodüseri isə həmyerlimiz Müşviq Quluzadədir. Ozan Akbabadan başqa, filmdə həmçinin Engin Hepileri, Uğur Uzunel və digər aktyorlar çəkilib.