“Özbaşına kompüter tomoqrafiyasından keçmək effektsiz və lazımsız prosedurdur, özünü şüalandırmadır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə cərrah Rauf Qasımov Səhiyyə Nazirliyinin stasionar şəraitdə COVID-19-un müalicəsi ilə bağlı canlı yayımda bildirib.
O qeyd edib ki, ağciyərlərin KT müayinəsi həkim tərəfindən təyin olunmalıdır: “Yoluxmaların çox səbəbi də insanların azca narahatlıq olan kimi qaçıb KT-dən keçmələridir. Başlanğıc mərhələdə ciyərlərdə əlamət olmaya bilər. Yalnız həkim məsləhət bildiyi halda xəstə o müayinəyə göndərilməlidir. Çünki rentgenoloji müayinə kifayət qədər yüksək radiasiya ilə müşayiət olunur.
Koronavirusa yoluxan xəstənin digər – qanın ümumi analizində gedən dəyişikliklər, laxtalanma, hərarət və digər göstəricilər əsasdır”.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər