Özbaşına tikintilərlə bağlı konsepsiya hazırlanacaq

ozbasina-tikintilerle-bagli-konsepsiya-hazirlanacaq
Oxunma sayı: 1868

“Abşeron rayonunun bütün “sovxozları” artıq yaşayış massivlərinə çevrilib. Bu kimi kütləvi massivlər “özbaşına tikililər” adı altında konsepsiyada işlənib, təsdiq olunacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbiyev Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, növbəti mərhələdə özbaşına yaşayış massivlərinin formalaşdırılması ilə bağlı kütləvi kateqoriya dəyişikləri, icazələr və sənədləşdirmə proseslərinə ölkə rəhbərliyi və Milli Məclis tərəfindən münasibət bildiriləcək: “Burada həm məskunlaşma məsələləri, həm də şəhərsalma elementləri və infrastruktur gözlənilməlidir. Biz müasir dövlətik, ona görə də bu məsələlər hökumətin həyata keçirdiyi şəhərsalma qanunvericiliyi və şəhərsalma örnəkləri ilə tənzimlənəcək”.

Zaur Mirzə