“Qafqazinfo”nun məlumatına görə, bunu mətbuat konfransında Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.
Onun sözlərinə görə, Avropada Bolqarıstan yığmasının oyun üslubuna uyğun komanda tapmaq çox çətindir: “Bu baxımdan, Özbəkistan millisinə qarşı oynamaq bizim üçün əhəmiyyətlidir. Rusiya yığması ilə keçirəcəyimiz oyuna gəlincə, bizim futbolçular üçün bu qarşılaşmanın xüsusi prinsipiallıq daşıdığını bilirəm”.
Baş məşqçi qeyd edib ki, bu qarşılaşma prinsipiallığına görə Almaniya - Hollandiya matçını xatırladır: “Fabio Kapello mənim dostumdur. Komandamın dünya çempionatında çıxış edən yığmaya qarşı oynamasını istəyirdim. Müqavilədə nəzərdə tutulub ki, Rusiya millisi ilə Bakıda da yaxın 3 ildə yoldaşlıq oyunu keçirilsin”.
Son xəbərlər
Son Xəbərlər