Futzal üzrə “Araz-Naxçıvan” klubu heyətini gücləndirməkdə davam edir. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan çempionu daha bir transfer reallaşdırıb.
Komanda Özbəkistan millisinin hücumçusu Husniddin Nişonovla anlaşıb. 25 yaşlı oyunçu ölkəsinin BMB klubundan icarəyə götürülüb.
Razılığa əsasən, o, Çempionlar Liqasının ilkin mərhələsinin oyunları zamanı komandaya kömək edəcək. Nişonov avqutsun 5-də kollektivə qoşulacaq.
Qeyd edək ki, “Araz-Naxçıvan” yay fasiləsində braziliyalı Erik Dannilo, serbiyalı Ninoslav Aleksiç və xorvatiyalı Luka Pavloviçi transfer edib.
Son xəbərlər
Son Xəbərlər