Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək

ozbekistan-prezidenti-azerbaycana-sefer-edecek
Oxunma sayı: 2189

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 1 və 2 mart tarixində Azərbaycana işgüzar səfər edəcək.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, Ş.Mirziyoyevin Qoşulmama Hərəkatının sammitinin plenar iclasında iştirakı nəzərdə tutulur.

Özbəkistan liderinin Bakıda dövlət və hökumət rəsmiləri ilə görüşlər keçirəcəyi də planlaşdırılır.