Özbəkistan Prezidenti yenidən Nukusa getdi

ozbekistan-prezidenti-yeniden-nukusa-getdi
Oxunma sayı: 5030

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu gün yenidən Nukusa uçub.

“Qafqazinfo” gazeta.uz-a istinadən xəbər verir ki, Mirziyoyev şənbə günü kütləvi nümayişlərin keçirildiyi Qaraqalpaqıstanın paytaxtında olub və gecə saatlarında qayıdıb.

Hazırda Nukusda sakitlikdir, küçədə avtomobil demək olar ki, yoxdur. İnternetə çıxış hələ də məhduddur. Mobil rabitə işləyir.

Xatırladaq ki, respublikada iğtişaşlar sakinlərin Konstitusiyaya təklif olunan və regionun statusunun dəyişdirilməsini nəzərdə tutan əlavələrdən narazılığı fonunda baş verib.

Fərdi və kollektiv videomüraciətlərlə başlayan respublika sakinlərinin narazılığı iyulun 1-də Nukusun mərkəzində kütləvi nümayişə çevrilib. Ölən və yaralananların olduğunu bildirilir. 

Şavkat Mirziyoyev daha sonra Konstitusiyanın Qaraqalpaqıstanla bağlı maddələrini dəyişdirməyəcəklərini bildirib.

“Qaraqalpaq xalqı narazıdırsa, heç vaxt bir maddə belə dəyişdirilməyəcək”, - deyə o bildirib.