Özbəkistan XİN sərhəddəki vəziyyətlə bağlı bəyanat yaydı

ozbekistan-xin-serheddeki-veziyyetle-bagli-beyanat-yaydi
Oxunma sayı: 2081

Ermənistan-Azərbaycan sərhədində vəziyyətin daha da gərginləşməsi əhali arasında itkilərə səbəb ola bilər, MDB məkanında mühüm iqtisadi əlaqələri dağıda bilər. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu fikirlər Özbəkistan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında yer alıb.

“Özbəkistan Respublikası insan tələfatına səbəb olan Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyətdən çox narahatdır. Bu sahədə vəziyyətin daha da gərginləşməsi dinc əhali arasında qurbanlara səbəb ola, MDB məkanında mühüm iqtisadi əlaqələri və kommunikasiyaları dağıda, regional təhlükəsizliyə ziyan vura bilər”, - bəyanatda deyilir.

Qurumda qeyd ediblər ki, Daşkənd maksimum təmkinliyin tərəfdarıdır və tərəfləri vəziyyəti normallaşdırmaq və yaranmış vəziyyətdən çıxmaq üçün siyasi-diplomatik danışıqlara çağırır. "Həlak olanların doğmalarına və yaxınlarına başsağlığı veririk", - bəyanatda bildirilir.

Qeyd edək ki, Özbəkistan yanvarın 1-dən MBD-də sədrlik edir.