Özbəkistanda Cizak vilayət mərkəzindəki parkda “Uçan boşqab” attraksionu qırılıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, nəticədə 1999-cu il təvəllüdlü qız dünyasını dəyişib. Daha bir neçə uşaq yaralanıb. Attraksion işləyən zaman orada 8 uşaq olub. Mexanizmlərindən biri qırılan “Uçan boşqab” 7 metr hündürlükdən yerə çırpılıb.
Faktla bağlı cinayət işi açılıb.
Son xəbərlər
Son Xəbərlər