Özbəkistanda karantin rejimi uzadıldı

Özbəkistanda karantin rejimi uzadıldı
Oxunma sayı: 1356

Özbəkistan hökuməti koronavirus səbəbindən ölkədə tətbiq olunan karantin tədbirlərini iyunun 15-dək uzadıb, lakin vəziyyətin yaxşı olduğu regionlarda idman klubları açılacaq və toylara icazə veriləcək. “Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti” ölkənin Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verib.

Xüsusi komissiyanın qərarı ilə iyunun 1-dən etibarən “sarı zonalarda” dövlət müəssisələrinə xidmət göstərən sürücülərin, iaşə xidməti müəssisələrinin hazırlanması ilə məşğul olan rieltorların, təşkilatların fəaliyyəti bərpa olunacaq.

Həmçinin, “yaşıl zonalarda” idman və fitnes klubları, pansionatlar, sanatoriyalar, uşaq düşərgələri, mehmanxanalar (hostellərdən başqa) öz işini bərpa edəcək. Burada iyun ayının 1-dən etibarən sanitar tələblərə riayət olunması şərti ilə toy və digər ailə şənliklərinin keçirilməsinə icazə veriləcək.

Qeyd edək ki, Özbəkistanda koronavirusa yoluxanların sayı 3 488, bu virusdan ölənlərin sayı isə 14-dür. 2 728 pasiyent sağalıb, 746-sının müalicəsi davam etdirilir.  


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi