Özbəkistanda son sutka ərzində daha 553 nəfərdə koronavirus aşkarlanıb, 4 xəstə ölüb. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 25 336-ya, bu virusdan ölənlərin sayı isə 151-ə yüksəlib.
Bundan əlavə, indiyədək 15 833 nəfər sağalıb. Ölkədə 9 352 aktiv koronavirus xəstəsi var ki, onlardan da 185-nin vəziyyəti ağır qiymətləndirilir.
Son xəbərlər
Son Xəbərlər