Özbəkistanda koronavirusa yoluxanların sayı artdı

ozbekistanda-koronavirusa-yoluxanlarin-sayi-artdi
Oxunma sayı: 1264

Özbəkistanda koronavirusa yoluxanların sayı 2 086-ya yüksəlib. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bundan əlavə, 1 212 pasiyent sağalıb, 9 nəfər vəfat edib. Hazırda 854 şəxsin müalicəsi davam etidirilir, 80 mindən çox insan karantindədir.

Qeyd edək ki, ölkə hökuməti aprelin 1-dən Daşkənddə özünütəcrid rejimi tətbiq edir, yaşı 65-də yuxarı olan vətəndaşların evdən çıxması qadağan olunub.