Özbəkistanda koronavirusa yoluxan və ya karantində saxlanılan pasientləri təhqir edənlərə qarşı cərimə tətbiq olunacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Özbəkistan Nazirlər Kabinetinin Operativ Qərargahı açıqlama yayıb.
Məlumatda qeyd olunub ki, koronavirus infeksiyasına yoluxan və ya karantində saxlanılan xəstələrin şərəf və ləyaqətinin alçaldılması, habelə şəxsi həyatları barədə məlumatların yayılmasına görə 9 milyon suma (930 dollar) qədər cərimə tətbiq olunacaq.
Təkrar qanun pozuntusuna görə isə cərimənin miqdarı 22,3 milyon suma (2330 ABŞ dolları) qədər artırılacaq və ya 300 saat ictimai xidmət və ya iki ilə qədər islahedici əmək cəzası veriləcək.
Koronaviruslu xəstələrin şəxsi həyatları barədə məlumatların qeyri-qanuni yayılması ciddi nəticələrə səbəb olarsa, cinayətkarlar 44,6 milyon sum (4660 dollar) cərimə, 360 saat ictimai xidmət, üç ilədək məhdudlaşdırma və ya həbs cəzası ilə üzləşə bilərlər.
Son xəbərlər
Son Xəbərlər