Özbəkistanda nəhəng qızıl yatağı tapıldı

ozbekistanda-neheng-qizil-yatagi-tapildi
Oxunma sayı: 4618

Özbəkistanda yeni bir böyük qızıl yatağı "Çukurkuduk" kəşf olunub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə mineral ölkənin Resurs Bazasının İnkişafı və Bərpası üzrə baş idarəsinin rəisi Əsror Rüstəmov məlumat verib. Ehtiyatların 133 ton olduğu təxmin edilir ki, bu da çox böyük göstəricidir.

Qeyd edək ki, sözügedən ölkədə çıxarılan qızılın əhəmiyyətli hissəsi ixrac olunur. Özbəkistan Mərkəzi Bankının məlumatına görə, 2010-cu ildən 2020-ci ilə qədər olan dövrdə respublika ümumilikdə 687 ton qiymətli metal ixrac edib.

2020-ci ilin sentyabrından bu ilin fevralına qədər satışlar dayandırılıb. Özbəkistanın qızıl yataqları beynəlxalq reytinqlərə daxil olunub. "Muruntau Navoi" qızıl mədəni dünyanın ən böyük qızıl yatağı kimi tanınır.