Özbəkistanda növbəti prezident seçkilərinin tarixi açıqlandı

ozbekistanda-novbeti-prezident-seckilerinin-tarixi-aciqlandi
Oxunma sayı: 846

Özbəkistanda növbəti prezident seçkiləri 24 oktyabr 2021-ci ildə keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Özbəkistan parlamentinin aşağı palatasının birinci vitse-spikeri Akmal Saidov bu gün “TASS”a müsahibəsində bildirib.

“Qanunvericilik Palatası tərəfindən hazırlanan qanun layihəsinə uyğun olaraq növbəti prezident seçkiləri 2021-ci il dekabrın üçüncü ongünlüyünün ilk bazar günü deyil, bu il 24 oktyabr tarixində keçiriləcək. 5 fevralda qanun layihəsinin senat tərəfindən təsdiqlənəcəyi gözlənilir”, - deyə Saidov qeyd edib.