Özbəkistanda prezidentlik müddəti uzadılır

ozbekistanda-prezidentlik-muddeti-uzadilir
Oxunma sayı: 2123

“Özbəkistan Respublikasının Konstitusiyası haqqında” qanun layihəsinə ölkə prezidentinin səlahiyyətlərinin 5 ildən 7 ilə qədər artırılması barədə bənd daxil edilib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, sənədin layihəsi bu gün paylaşılıb. 

Özbəkistanın hazırkı Konstitusiyasına əsasən, ölkədə prezidentlik müddəti 5 il təşkil edir. Müvafiq dəyişikliklər 2011-ci ilin dekabrında qəbul edilib. 

Konstitusiyanın yeni variantı, həmçinin dövlət başçısı Şavkat Mirziyoyevə üçüncü dəfə ardıcıl olaraq prezident seçilməyə imkan verəcək. Əvvəl isə prezident postuna ardıcıl 2 dəfə seçilmək mümkün idi. 

Qeyd edək ki, ötən həftə Özbəkistanın Aşağı palatasının deputatları aprelin 30-na Konstitusiyaya dəyişikliklər barədə referendum təyin ediblər. Martın 14-ü isə Senat sözügedən qərarı təsdiq edib.