Özbəkistanda ticarət mərkəzində partlayış, 9 yaralı

ozbekistanda-ticaret-merkezinde-partlayis-9-yarali
Oxunma sayı: 892

Özbəkistanın Denau şəhərində ticarət mərkəzində partlayış olub.

“Qafqazinfo” Özbəkistanın Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, ikimərtəbəli ticarət mərkəzində partlayışdan sonra yanğın başlayıb.

Səhərə yaxın baş verən hadisə nəticəsində 9 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Bununla yanaşı, binanın divarları uçub. Hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadaları yanğının qarşısını ala bilib.