Özbəkistanda “TikTok”u qadağan etmək istəyirlər

ozbekistanda-tiktoku-qadagan-etmek-isteyirler
Oxunma sayı: 695

Özbəkistanın “Ədalət” sosial-demokrat partiyası ölkədə “TikTok” sosial şəbəkəsinə girişin tamamilə bloklanması ilə bağlı çağırış edib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, partiya sözügedən sosial şəbəkənin gənclərə mənfi təsir göstərdiyini iddia edir.

Sosial-demokratlar gənclərin başqalarının həyatına müdaxilə etdiyini və zərər yetirdiyini nümayiş etdirən videoların sayının artmasına diqqət çəkirlər.