Özbəkistanda yanacaqdoldurma məntəqəsində partlayış - Video

ozbekistanda-yanacaqdoldurma-menteqesinde-partlayis
Oxunma sayı: 1557

Özbəkistanda qaz yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

“Qafqazinfo” Özbəkistanın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə ölkənin Səmərqənd vilayətində “Tumanqaz” məntəqəsində qeydə alınıb. 

Hadisə nəticəsində 1 nəfər xəsarət alıb, 3 avtomobil və 50 litr həcmində sıxılmış qaz balonlarına zərər dəyib. 

İnsidentə səbəb texniki təhlükəsizlik qaydalarının pozulması olub.