Özbəkistanın beynəlxalq axtarışa verdiyi şəxs Bakıda tutuldu

ozbekistanin-beynelxalq-axtarisa-verdiyi-sexs-bakida-tutuldu
Oxunma sayı: 2075

Özbəkistan dövləti tərəfindən barəsində beynəlxalq axtarış elanı verilən şəxs Bakıda saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, Özbəkistan Cinayət Məcəlləsinin 268-ci (Dələduzluq) maddəsi ilə dövlətlərarası axtarışa verilmiş 1985-ci il təvəllüdlü Otobek İzzatoviç Akhmadov Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb.

O, sonrakı araşdırmaların aparılması üçün Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Nizam Rza