Özbəkistanın DTX rəisi vəzifəsindən getdi

ozbekistanin-dtx-reisi-vezifesinden-getdi
Oxunma sayı: 2056

Özbəkistanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri İxtyor Abdullayev vəzifəsindən azad olunub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Abdullayev “səhhəti ilə əlaqədar olaraq” postundan gedib. 

İxtyor Abdullayev 2015-2018-ci illərdə ölkənin baş prokuroru olub. Ötən ilin yanvarında isə DTX rəisi vəzifəsinə təyin edilib.

Hazırda onun yerinə bu vəzifəyə Abdusalam Əzizov təyin olunub. Əzizov bundan əvvəl Özbəkistanın müdafiə naziri olub.