Özbəkistanın Kokan Dövlət Pedoqoji İnstitutunun rektoru, dosent Dilnoza Xocayeva Şövkətovna Bakı Avrasiya Universitetinin qonağı olub.
"Qafqazinfo" xəbər verir ki, görüşün məqsədi universitetlərarası əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, mövcud təhsil sferasında şəraitin qiymətləndirilməsidir.
İkitərəfli görüşdə universitetin rektoru, professor Nazim Hüseynli ali təhsil ocağının, tərəfdaş olduğu ölkələrlə apardığı tələbə-müəllim mübadiləsi haqda məlumat verib.
Daha sonra universitetin beynəlxalq əlaqələrindən danışan BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Səyavuş Qasımov vurğulayıb ki, ali təhsil ocağı hazırda ERASMUS+layihəsi çərçivəsində bir çox layihələrinin üzvüdür və bu layihələr çərçivəsində yerli, Türkiyə, Qazaxıstan və Avropa universitetləri ilə əməkdaşlıq edir.
Öz növbəsində Kokan Dövlət Pedoqoji İnstitunun rektoru, filologiya elmləri namizədi, dosent Dilnoza Şövkətovna, Azərbaycanın təhsil ocaqları ilə əməkdaşlığa xüsusi maraq göstərdiyini və ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərlərini də xüsusilə vurğulayıb.
Görüşdə tələbə-müəllim mübadiləsi, ikitərəfli beynəlxalq proqram çərçivəsində təhsil layihələrində qarşılıqlı əməkdşlıq əlaqələrinin qurulması, eyni zamanada elmi konfransların keçirilməsi, təhsil-tədris proqramlarının hazırlanması, hər iki universitetin keçirdiyi tədbirlərə qarşılıqlı dəvət proqramı müzakirə olunan məsələlər sırasında olub.
Tədbirin sonunda Bakı Avrasiya Universitetinin rektoru, professor Nazim Hüseynliyə Kokan Dövlət Pedoqoji İnstitiunun “Fəxri professor”u ünvanının təqdimatı keçirilib. “Fəxri professor” diplomunu Kokan Dövlət Pedoqoji İnstitunun rektoru, dosent Dilnoza Xocayeva Şövkətovna təqdim edib.
Son xəbərlər
Son Xəbərlər