Özbəkistanın cənubunda baş verən sel fәlakәti nəticəsində 5 nәfәr hәlak olub.
“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bu barədə Özbəkistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Hadisə Özbəkistanın Kaşkadәrya vilayətinin Çıkarçı qәsәbәsindә baş verib.
Hazırda nazirliyin əməkdaşları tərəfindən xilasetmə әmәliyyatları aparılır.
Son xəbərlər
Son Xəbərlər