“Azərbaycanda özəl klinikaların qorunması, onların fəaliyyətinə dəstək verilməsi ilə bağlı qanunvericiliyə, xüsusilə, Vergilər Məcəlləsinə dəyişikliklər edilməlidir".
“Qafqazinfo” xəbər verir ki, bunu parlamentin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı sözügedən komitənin sədr müavini Musa Quliyev deyib. Onun dediyinə görə, çox təəssüflər olsun ki, bu gün ölkədə özəl klinikalara mənfi - allergik bir münasibət var: "Özəl klinikalar deyəndə az qala çoxu bunu soyğunçu kimi başa düşür. Amma əslində belə deyil. Özəl klinikalarda çox gözəl səhiyyə mütəxəssisləri, tibbi personal var, fəaliyyət göstərirlər, onların əməyini yerə vurmaq olmaz. Əksinə, indiki şəraitdə həmin kilinikaları qorumaq lazımdır. Bunun üçün də qanunvericiliyə, xüsusilə, Vergilər Məcəlləsinə dəyişiklik yoluyla həmin özəl kliniklara dəstək olmalıyıq".
M. Quliyev eyni zamanda, deputat seçildiyi Gəncə şəhərində özəl klinikaların dövlət başçısının sosial məsuliyyət çağırışna dəstək olaraq, həftədə bir dəfə şəhid ailələrini və Qarabağ müharibəsi əlillərini pulsuz müayinə etməklə bağlı aksiyaya başladıqlarını bildirib:"Bu, çox təqdir olunmalı haldır. Həmin özəl kliniklalar həftədə bir dəfə şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin pulsuz müaiyəsini həyata keçirəcəklər. Həmçinin, imkan olacağı təqdirdə, ayda bir dəfə pulsuz müalicəni də həyata keçirmək niyyətindədirlər. Yaxşı olardı ki, onların bu müsbət təcrübəsindən digər şəhər və rayonların özəl klinikaları da istifadə etsinlər".
Son xəbərlər
Son Xəbərlər