Özəl şirkətin avtomobili adam öldürdü- - Azərbaycanda

ozel-sirketin-avtomobili-adam-oldurdu-
Oxunma sayı: 1347


“Qafqazinfo” ans press-ə istinadən xəbər verir ki, Tərtər rayon sakini 1993-cü il təvəllüdlü Əfqan Elxan oğlu Həsənov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə Xaçmazdan Quba istiqamətinə gedərkən yolu keçmək istəyən piyadanı vurub.

Piyada Qubanın Qonaqkənd kənd sakini 1950-ci il təvəllüdlü Səhrab Mustafa oğlu Mustafayev olub. O, elə hadisə yerində keçinib.

Məlumata görə, qəza törədən avtomobil özəl şirkətlərdən birinə məxsus olub. Qəzanın baş vermə səbəbi araşdırılır.