Özəl təyyarə aeroportun yaxınlığında qəzaya uğradı

ozel-teyyare-aeroportun-yaxinliginda-qezaya-ugradi
Oxunma sayı: 1706

ABŞ-ın Baltimor şəhərində hava limanının yaxınlığında göyərtəsində 3 sərnişin olan təyyarə qəzaya uğrayıb.

“Qafqazinfo”nun məlumatına görə, təyyarə hava limanına məxsus olmayıb. Onun özəl təyyarə olduğu bildirilir. Bu barədə “Fox 5” məlumat yayıb.

Qəzaya uğradıqdan sonra təyyarə yanmağa başlayıb. Sərnişinlərin taleyi barədə məlumat verilmir.

Qeyd olunur ki, hava limanı insidentə görə işini dayandırmayıb. Lakin qəza dəmiryollarına yaxın ərazidə baş verdiyi üçün qatarların hərəkəti müvəqqəti dayandırılıb.