Özəlləşdirilən müəssisələrin siyahısı genişləndirildi

ozellesdirilen-muessiselerin-siyahisi-genislendirildi
Oxunma sayı: 3348

Azərbaycan prezidenti İlham Əliyev Standartlaşdırma və metrologiya müəssisələrinin özəlləşdirilməsi haqqında qərarları Nazirlər Kabinetinin müraciəti əsasında qəbul edəcək.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, müvafiq dəyişiklik "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na bu gün dövlət başçısının sərəncamı ilə edilib.

Ötən ilin oktyabrında İlham Əliyev "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", qanuna dəyişikliklərin təsdiq edilməsi barədə sərəncam imzalayıb.

Dəyişikliklərə əsasən, Standartlaşdırma və metrologiya müəssisələrinin özəlləşdirilməsindən qadağa götürülüb.