Xəbər verdiyimiz kimi, Türkiyədə təcavüz qurbanı olan 20 yaşlı Özgecan Aslanın qatili, 26 yaşlı Ahmet Suphi Altındöken aprelin 11-də həbsxanada öldürülüb. O, bir neçə gün öncə dəfn olunmaq üçün Mersin vilayətinin Tarsus rayonuna göndərilib. Yaxınları onu gecə dəfn etmək istəsə də, icazə verilməyib. Bu səbəbdən də ailə cənazəni kimsəsizlər qəbiristanlığında dəfn olunması üçün yenidən geriyə-Adanaya göndərib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ortada qalan meyitə bir vəkil sahib çıxıb. O, Mersin bələdiyyəsinə müraciət edərək qəbiristanlıqda yer istəyib. İki günlük müzakirələrdən sonra onun Mersində dəfn olunmağına qərar verilib. Cənazənin aprelin 15-də, yeri və saatı heç kimə bildirilmədən torpağa tapşırılacağı bildirilir.
Qeyd edək ki, Mersində gecə dəfn mərasiminə icazə verilməsə də, bu məsələdə qərar dəyişdirilə bilər.
Xatırladaq ki, 2015-ci ilin fevralında Türkiyənin Mersin vilayətinin Tarsus rayonunda Özgecan Aslan adlı ali məktəb tələbəsi evinə getmək üçün mindiyi nəqliyyatda 3 nəfər tərəfindən zorlanaraq öldürülmüş, sonra isə cəsədi yandırılmışdı. Baş vermiş vəhşilik ölkə ictimaiyyəti tərəfindən böyük etirazla qarşılanıb, bir çox hökumət nümayəndəsi və QHT-lər edam cəzasının bərpa olunması üçün işə başlayıb.

Son xəbərlər
Son Xəbərlər