Türkiyədə qətlə yetirilən tələbə Özgəcan Aslanın qatili Sübhi Altındökənin həbsxanada öldürülməsinin təfərrüatları üzə çıxıb.
“Qafqazinfo” türk mediasına istinadən xəbər verir ki, qətli törədən Gültəkin Alan həbsxana mühafizəçisini girov götürərək qapını açdırıb. Daha sonra cəmi 13 saniyə ərzində Sübhi Altındökən və atası Nəcməddin Altındökəni güllələyib. İddiaya görə, Gültəkin Alan cinayəti törətdikdən sonra 2 saat yarım gözləyərək Sübhi və Nəcməddin Altındökənin qan itirməsini gözləyib. Alan daha sonra silahı həbsxana mühafizəçilərinə verərək təslim olub.
Cinayətdə istifadə edilən tapançanın həbsxanaya necə və kim tərəfindən gətirildiyi isə hələlik məlum deyil.
Aysel Kərimova

Gültəkin Alan

Özgəcan Aslan
Son xəbərlər
Son Xəbərlər