Özil Azərbaycandan danışdı - Video

ozil-azerbaycandan-danisdi
Oxunma sayı: 4500

“Fənərbaxça”nın yeni transferi Məsut Özilin təqdimetmə mərasimi keçirilib. “Qafqazinfo” xəbər verir ki, mərasimdə ulduz futbolçuya Azərbaycanla bağlı fikirləri soruşulub.

Özil Azərbaycana salam göndərdiyini bildirib: “Azərbaycana salam göndərirəm. Təkcə, “Fənərbaxça” tərəfdarlarına deyil, hər kəsə salamımı çatdırıram”.

Daha sonra İstanbul klubunun prezidenti Ali Koç Azərbaycanla bağlı danışıb: “3 ölkə var ki, orada oynamaq istəyirik. Onlardan birincisi Azərbaycandır. Məsutun gəlməsi ilə bu daha çox reallaşa bilər. Yaxında Azərbaycana gedib orda yoldaşlıq görüşü keçirəcəyimizə inanıram”.