Özilə hücum edən şəxsə 10 il həbs verildi

Özilə hücum edən şəxsə 10 il həbs verildi
Oxunma sayı: 1283

“Arsenal”ın futbolçuları Məsut Özil və Sead Kolaşinaça silahlı hücum edən şəxslərdən birinin cəzası bəlli olub.

"Qafqazinfo" xəbər verir ki, Eşli Smit adlı şəxsə 10 illik həbs cəzası verilib.
 
Məhkəmə qarşısına çıxan E.Smit və C.Nortover günahlarını etiraf ediblər. Ona kömək edən Cordanla bağlı yekun qərar isə daha sonra veriləcək.

Qeyd edək ki, Özil və komanda yoldaşı Sead Kolaşinaç bu ilin iyul ayında bıçaqlı hücuma məruz qalıb. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi