“Özilin transferinə sevinirəm” - Çavuşoğlu+Video

ozilin-transferine-sevinirem
Oxunma sayı: 1665

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Mesut Özilin “Fənərbaxça”ya transferindən danışıb. “Qafqazinfo” xəbər verir ki, o, almaniyalı həmkarı Hayko Maasla keçirdiyi konfransda Almaniya yığmasının sabiq üzvünü İstanbul klubuna keçidini dəyərləndirib. 

Çavuşoğlu bu transferə sevindiyini bildirib: “Mən “Fənərbaxça” azarkeşiyəm. Özilin transferinə görə çox sevinirəm. Ümid edirəm ki, buna görə digər klubun azarkeşləri məndən inciməzlər”.

Qeyd edək ki, hazırda İstanbulda olan Məsut Özil “Fənərbaxça” ilə 3,5 illik müqavilə bağlayacaq.