Özlərindən 9 il böyük qızı zorladılar - Hökm

ozlerinden-9-il-boyuk-qizi-zorladilar
Oxunma sayı: 1472

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 24 yaşlı qızı zorlamaqda təqsirləndirilən 15 yaşlı Siyavuş Ağayevin və 16 yaşlı Xəyyam Ağayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eynulla Vəliyevin icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə hər iki şəxs 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2016-cı ildə Maştağa kəndində baş verib. 24 yaşlı qız polisə müraciət edərək zorlandığını iddia edib. Saxlanılan yeniyetmələr deyiblər ki, həmin qızın adı kənddə pis çıxdığına görə, onunla cinsi əlaqədə olmaq istəyiblər. Bu məqsədlə qızın ailə üzvləri evdə olmadığı vaxt evə girərək onu zorlayıblar.