Özü həyatda olmasa da, son mahnısı təqdim edildi - Video

ozu-heyatda-olmasa-da-son-mahnisi-teqdim-edildi
Oxunma sayı: 3223

Rusiyanın əfsanəvi “Laskovıy may” qrupunun üzvü, müğənni Yuri Şatunovun ölümündən bir həftə sonra son mahnısının təqdimatı keçirilib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, sözügedən mahnı Şatunovun rəsmi yutub kanalında paylaşılıb və “Каждому свое” adlanır.

Məlumata görə, həmin mahnı 48 yaşlı müğənninin ölümündən bir neçə həftə əvvəl yazılıb. Mahnı Şatunovun növbəti albomunda yer almalı olsa da, hazırda sinql kimi yayımlanmasına qərar verilib.

Mahnının yayımlanmasından 17 saat keçsə də, video artıq 884 mindən çox izlənilib.

Xatırladaq ki, Y. Şatunov iyunun 23-ü ürəkçatışmazlığı səbəbindən vəfat edib.