Özü klub prezidentidir, 27 yaşlı oğlu da baş məşqçi - Rəqiblərimizi tanıyaq

ozu-klub-prezidentidir-27-yasli-oglu-da-bas-mesqci
Oxunma sayı: 2411

Ölkəmizi Avropa Liqasında təmsil edən “Neftçi” I təsnifat mərhələsində Moldovanın "Sperantsa" klubu ilə qarşılaşacaq.

“Qafqazinfo” xəbər verir ki, ötən mövsümü 38 xalla 4-cü pillədə başa vuran “Sperantsa” 1991-ci ildə yaranıb. Nisporenı təmsilçisi “Şerif” “qızıl dubl”a imza atdığı üçün  Avroliqaya vəsiqə qazanıb.

Komandanın baş məşqçisi Kristian Efrosdur. 27 yaşlı mütəxəssis 5 ildir ki, “Sperantsa”ya başçılıq edir. Gənc çalışdırıcının futbolçu karyerası zədə səbəbiylə erkən bitib. 

Onu da qeyd edək ki, Kristian Efros sabiq futbolçu, FIFA agenti və “Speranta”nın hazırkı prezidenti Petru Efrosun oğludur. Prezidentin xanımı Qabriela Sandu da klubda çalışır. O, Maliyyə və Kadrlar şöbəsinin rəhbəridir.

Komandada Kolumbiya, Braziliya, Meksika, Kamerun, Fil Dişi Sahili, Nigeriya, Rusiya və Tacikistan kimi ölkələrdən legionerlər var.

Hazırda davam edən Moldova çempionatında 13 turdan sonra 7 qol vuran Maksim Lurcu komandanın ən sərrast  futbolçusudur.

Ev oyunlarını 7 min azarkeş tutumuna malik stadionda keçirən “Sperantsa” hazırda Moldova çempionatında 13 turdan sonra 19 xalla 5-ci pillədə qərarlaşıb.

 “Səbail”in rəqibi Rumıniyanın “Universitatya” klubu isə 1948-ci ildə yaranıb. Komandanın beynəlxalq arenadakı ən böyük uğuru 1982-83-cü illərlə bağlıdır. Belə ki, “Krayova” təmsilçisi həmin mövsüm UEFA kubokunun yarımfinalına qədər irəliləyib.

Rumıniya təmsilçisi ev oyunlarını 30 min 944 azarkeş tutumuna malik Yon Oblemenko stadionunda keçirir.

Klub 2013/2014 mövsümündə aşağı dəstədə çempion olaraq Premyer Liqada iştirak etmək hüququ əldə edib. “Universitatya” ilk mövsümdəcə çempionatı 5-ci pillədə bitirib və Avropa Liqasında iştirakını təmin etsə də, UEFA lisenziyası ala bilməyib.

İtaliyalı Devis Manyanın baş məşqçi olduğu kollektiv başa çatan mövsümü 36 xalla 4-cü pillədə başa vurub. “Krayova” 2017/2018 mövsümündə isə çempionatda üçüncü olub və medalçılar sırasına düşə bilib. Komanda həmin mövsüm ölkə kubokuna da sahib olub.

Vaxtı ilə Azərbaycan Premyer Liqasında çıxış etmiş Andrei Kristea və Sezar Meza Kolli də bu klubun şərəfini qoruyur.