Bu gün Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab oyunlarına start verilib.
“Qafqazinfo” xəbər verir ki, “Qəbələ” doğma meydanda “Zirə”ni 4:1 hesabı ilə məğlub edərək (ilk oyunda 2:1 hesablı qələbə), növbəti mərhələyə adlayıb.
Qəbələ şəhər stadionundakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Roman Qriqorçuk qalibiyyəti belə şərh edib:
- Yəqin ki, hesabdan razısız...
- Əla hesab idi. Komanda bu cür qələbə qazananda sevinirəm.
- Asif ümumi ansambla qoşula bilib?
- Bu gün meydana çıxanlardan hamısı tam hazır futbolçulardı, həmçinin Asif də.
- "Zirə" çempionatda "Qəbələ"yə çətinlik yaratsa da, kubokda bu komandaya 7 qol vurduz. Bu komandada öyrənə bilmədiyiniz cəhət qalıb?
- Biz rəqiblərimizi maksimum analiz edirik. Bu rəqib haqda da hər şeyi öyrənmişik. Ancaq bu oyunu bir kənara qoymalıyıq. İndi ancaq bu komandaya qarşı çempionatdakı oyunu düşünürük.
- Bugünkü qələbə komandada arxayınlıq yarada bilər?
- Bu qələbə komandada eyforiya yaratmamalıdı. Bunun üçün müvafiq addımlar atacağıq.
- Kubokun finalının Gəncədə keçiriləcəyi deyilir. Sizcə, bu meydanda oynamaq uyğundu?
- Bu gün Gəncə stadionunun meydançası buna imkan vermir. Meydança qaydaya salınsa, əlbəttə keçirmək olar.
- Sizcə, çempionatda və kubokda ən güclü rəqibiniz hansıdı?
- Hər hansı komandanın adını çəkmək istəməzdim. Sadəcə, onu demək istəyirəm ki, deyilənlərin əksinə, Azərbaycan çempionatı heç də zəifləməyib. Düşünürəm ki, komandaların bir çoxunun səviyyəsi bərabərdi. Kim daha yaxşı hazırlaşırsa, o da qalib gəlir.
- Yarımfinalda kimi rəqib görmək istəyərdiz? "Xəzər Lənkəran", yoxsa "Neftçi"?
- Mənim üçün bunun heç bir fərqi yoxdu. Bu komandalardan hansı bizə rəqib olsa, deməli daha güclüdü.
- Adətən "Qəbələ"nin oyununu media nümayəndələri izləyəndə böyük hesabla qalib gəlir...
- Yox mən heç də futbolçulara media gəldikdə daha yaxşı oynayın təlimatı vermirəm. Belə statistika varsa, mən özüm media mənsubları üçün taksi göndərərəm.
Son xəbərlər
Son Xəbərlər