“Özümə “KVN”-çilər yox, siyasətçilər komandası yığardım” - Zelenskini tənqid etdi

ozume-kvn-ciler-yox-siyasetciler-komandasi-yigardim
Oxunma sayı: 1298

Rusiyanın Şən və Hazırcavablar Klubunun (KVN) prezidenti Aleksandr Maslyakov keçmiş “KVN”-çi Sergey Sivoxonun Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının Donbassın bərpası və reinteqrasiyası məsələləri üzrə müşavir vəzifəsinə təyin olunmasını şərh edib.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə o, “Komsomolskaya pravda”ya danışıb. Maslyakovun sözlərinə görə, o, Sivoxonu yaxşı artist hesab edir, amma bu, siyasi karyera üçün yetərli deyil. 

“Mən Ukrayna prezidenti üçün məsləhətçi deyiləm. Amma mən yenə də özümə “KVN”-çilər komandası yox, siyasətçilər komandası yığardım”, - “Kp.ru” Maslyakovun sözlərini sitat gətirir.

Aleksandr Maslyakov