“Özümü əla hiss edirəm” - Koreyalı məşqçi

ozumu-ela-hiss-edirem
Oxunma sayı: 1999

Cənubi Koreya millisinin baş məşqçisi Sin Txe En Almaniya üzərində 2:0 hesablı qələbəni şərh edib.

“Qafqazinfo” xəbər verir ki, o, bundestim üzərindəki qələbəni möhtəşəm adlandırıb:

“Dünən futbolçularımla çox danışdım. Dedim ki, bu son şansımızdır. Biz qələbə qazanmalıyıq. Almaniya irəli atılacaq və bu bizim üçün şansdır. Oyun haqqında çox düşündük ki, 4-5-1, yoxsa 4-4-2 oynayaq. Çünki əks-hücumlarda qol vura bilərdik. Bunu etdik. Düzdür, mərhələ adlamamışıq, amma özümü əla hiss edirəm. Son dünya çempionunu udmuşuq”.