“Özümü elə aparmıram ki, məni təhqir etsinlər”

ozumu-ele-aparmiram-ki-meni-tehqir-etsinler
Oxunma sayı: 1320


“Bəstəkar Vüqar Camalzadə ilə yeni layihə üzərində çalışırıq. İki albom hazırlayıram. İndiyə kimi 2 albomum olub, 2008-ci ildən sonra yaradıcılığımda fasilə verdim ki, insanları yormayım. Yeni albomlarımdan birində yalnız yeni, heç kimin eşitmədiyi mahnılar yer alacaq, ikincidə isə bu günə kimi oxuduğum mahnılar olacaq. Gələn il konsert proqramı ilə   çıxış edəcəm. İyunun 3-ü ad günümdür, konsertimi də bu gün etmək istəyirəm”.

Sənətçi sosial şəbəkələrdən də danışıb:

“Sosial şəbəkələrdə son vaxtlar passivləşmişəm, şəkillər paylaşmıram. İnsanları bezdirmək istəmirəm. Çox görünəndə söz-söhbətdə çox olur.  Orada xoş sözlər, də tənqidlər də yazılır. Sağlam tənqidi sevə-sevə qəbul edirəm. Bu günə kimi təhqirlərlə rastlaşmamışam. Özümü elə aparmıram ki, məni təhqir etsinlər”.