“Özümü xarici kişilərlə daha yaxşı hiss edirəm” dedi - Türkiyəliyə ərə getdi

ozumu-xarici-kisilerle-daha-yaxsi-hiss-edirem-dedi
Oxunma sayı: 8721

Türkiyəli müğənni Hülya Avşarın bacısı Helin Avşar ailə həyatı qurub.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, mətbuatın gündəmində daima qalmaqalları ilə qalan Helin tərcüməçi Serhan Boraya ərə gedib.

Onun sadə toya mərasiminə yalnız ailə üzvləri və yaxın dostları qatılıb.

Qeyd edək ki, H. Avşar bir müddət öncə jurnallardan birinə verdiyi müsahibədə bildirmişdi ki, ərə getmək istəyir: “Xarici millətdən olan sevgilim var. İşi burda deyil, amma mənə görə tez-tez Türkiyəyə gəlir. Xarici kişilərlə özümü daha yaxşı hiss edirəm. Düşünürəm ki, ərə gedəcəyim kişi də xarici olmalıdır”.