“Özün açıq-saçıq geyinənlərə lağ edirdin, nə oldu?”

ozun-aciq-saciq-geyinenlere-lag-edirdin-ne-oldu
Oxunma sayı: 5612

Aparıcı Zaur Kamal İnstaqram hesabında hovuzda çəkilmiş şəklini paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, yarıçılpaq olan aparıcı izləyicilərin tənqidi ilə üzləşib. Hər zaman müğənnilərin açıq-saçıq geyimlərinə irad bildirən Zaura sərt reaksiya göstərilib. Onun yarıçılpaq şəklini sosial şəbəkədə paylaşması düzgün hesab edilməyib.

Şəklə “Özün açıq-saçıq geyinənlərə lağ edirdin, nə oldu?”, “Sizdən heç gözləməzdik”, “Zaur da soyundusa, vay millətin halına” kimi şərhlər yazılıb.