Özündən 11 yaş böyük qardaşını ölümcül hala saldı

ozunden-11-yas-boyuk-qardasini-olumcul-hala-saldi
Oxunma sayı: 2851

Xaçmazda bıçaqlanma hadisəsi olub.

“Qafqazinfo”nun məlumatına görə, rayonun İstisu qəsəbəsində 1971-ci il təvəllüdlü Bəxtiyar Xalıqov münaqişə zəminində qardaşı Ramiz Xalıqovu bıçaqlayıb. O, özündən 11 yaş böyük olan qardaşının döş qəfəsinə ağır xəsarət yetirib.

Hadisəni törədən B.Xalıqov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş başlanılıb.

Nizam Rza