Özündən 16 yaş kiçik sevgilisini döydü, ayrıldılar

ozunden-16-yas-kicik-sevgilisini-doydu-ayrildilar
Oxunma sayı: 3064

Türkiyənin tanınmış aktyoru Sermiyan Midyat və ondan 16 yaş kiçik sevgilisi Sevcan Yaşar arasında qalmaqal yaranıb.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb aktyorun S. Yaşara fiziki və psixoloji şiddət göstərməsidir. Qısa müddət əvvəl ayrılan Sevcan əşyalarını toplamaq üçün Midyatın evinə gedib. Cütlük arasında mübahisə böyüyüb, S. Yaşar aktyor tərəfindən döyülüb.

O, “qaynar xətt”ə zəng vurub, daha sonra polisə gedərək sevgilisindən şikayətçi olub.

Qarşı tərəf isə iddiaları qəbul etməyib, əksinə, aktyor şiddətə məruz qaldığını bildirib. Hər iki tərəf qarşılıqlı olaraq uzaqlaşdırma qərarı tələbi irəli sürüb.