Özündən 25 yaş kiçik əri həbs olundu

ozunden-25-yas-kicik-eri-hebs-olundu
Oxunma sayı: 2799

Türkiyəli aktrisa Harika Avcının özündən 25 yaş kiçik həyat yoldaşı İbrahim Öztürk həbs olunub.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, İstanbul Ağır Cəza Məhkəməsində baş tutan prosesdə İbrahimin atası Mehmet Öztürkün qətli ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Aktrisanın əri bir müddət əvvəl atasından pul istəyib, oğlunun narkotikdən istifadə etdiyini bilən M. Öztürk ona pul verməyib. Ata və oğul arasında mübahisə yaranıb, İbrahim mətbəxt bıçağı ilə atasına hücum edib, ana Feyza Öztürk davaya müdaxilə edib.

Bir müddət sonra yenidən pul üçün evə gələn İbrahim atasının başından vurub, qolunu qırıb və evdəki əşyaları oğurlayıb. Mehmet Öztürk xəstəxanaya aparılıb, oğlundan şikayətçi olub.

Hakim İ. Öztürklə bağlı hökm oxuyub, Harika Avcının həyat yoldaşı 8 il azadlıqda məhrum edilib.