Özündən 40 yaş kiçik sevgilisi ev istədi, ayrıldılar

ozunden-40-yas-kicik-sevgilisi-ev-istedi-ayrildilar
Oxunma sayı: 16414

Qısa müddət öncə özündən 40 yaş kiçik xanımla nişanlanması xəbərləri ilə müzakirələrə səbəb olan Türkiyənin məşhur aparıcısı Mehmet Ali Erbil bu dəfə ayrılıq məsələsi ilə gündəm olub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, toy hazırlıqları görən cütlüyün ayrılmasına 26 yaşlı Gülseren Ceylanın Erbildən istədiyi hədiyyə olub.

İddialara görə, daha öncə gənc sevgilisinə bahalı üzük və avtomobil hədiyyə edən Mehmet, Ceylanın istəklərinə yetişə bilmədiyi üçün münasibəti bitirib. Belə ki, o bu dəfə ev istəyib. Bu da ikili arasında münasibətlərin korlanmasına səbəb olub.

Qeyd edək ki, Mehmet Ali Erbil daha öncə 5 dəfə evli olub.