Özündən 8 yaş böyük sevgilisini bıçaqladı

ozunden-8-yas-boyuk-sevgilisini-bicaqladi
Oxunma sayı: 2036

Xaçmaz rayonunda kişi özündən 8 yaş böyük sevgilisini bıçaqlayıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, 1986-cı il təvəllüdlü N. Əlimuradova qeyri-rəsmi olaraq ər-arvad münasibətində olduğu 1994-cü il təvəllüdlü Rəhman İsmayılov tərəfindən bıçaqlanıb.

Sərxoş vəziyyətdə olan R.İsmayılovla mübahisə zamanı sevgilisi onun özünü və ailəsini söyüb. Bundan əsəbləşən Rəhman cibində gəzdirdiyi qatlanan bıçaqla qadının sağ qulağından 1, arxa yan nahiyəsindən 2 bıçaq zərbəsi vurub. Sonra qanın axdığını görərək qonşuluqda yaşayan taksi sürücüsünün maşını ilə onu xəstəxanaya aparıb. Həkimlər N. Əlimuradovanı əməliyyat ediblər, vəziyyəti yaxşıdır. R. İsmayılov isə bıçağı xəstəxanada zibil qabına atıb. Sonra isə xəstəxanaya gələn polis əməkdaşlarına təslim olaraq cinayəti etiraf edib və bıçağın yerini göstərib.

N. Əlimuradovanın 1 azyaşlı oğlu var. Faktla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir. 

Murad Əhməd